İstifadəçi razılaşması


Hazırkı Sazişlə «EPAYAZ» Məhdud Məsuliyyətli Cəmiyyəti (sonradan - «Operator») hazırkı Sazişdə göstərilən Texniki vasitələrin köməyi ilə ödənişlərin və pul köçürmələrinin (nağd, nağdsız, elektron) həyata keçirilməsindən ibarət olan «EPAYAZ» elektron pulqabından («Elektron pulqabı») istifadə üzrə xidmətləri təklif edir.

Hazırkı Saziş fiziki və hüquqi şəxslərə ünvanlanmışdır və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq «Elektron pulqabı» xidmətinin göstərilməsi haqqında Müqavilənin (sonradan – “Müqavilə”) bağlanması üçün Operatorun rəsmi ictimai təklifidir.

«Elektron pulqabı» xidmətinin göstərilməsi haqqında Müqavilə hazırkı Sazişlə nəzərdə tutulan və hər hansı bir istisna və ya məhdudlaşdırma olmadan Sazişin bütün şərtlərinin fiziki və hüquqi şəxs tərəfindən qeyd-şərtsiz qəbul edilməsini bildirən hərəkətlərin qoşulma şərtləri ilə fiziki və hüquqi şəxs tərəfindən həyata keçirildiyi andan etibarən bağlanmış hesab edilir və qüvvəyə minir.

Hazırkı Ofertada (təklifdə) istifadə edilən terminlər və təriflər.

  • Operator – «EPAYAZ» MMC
  • Müqavilə - Hazırkı Sazişdə qeyd edilən şərtlərdə Operator və Müştəri arasında bağlanan «EPAYAZ» Elektron pulqabı xidmətinin göstərilməsi haqqında Müqavilə.
  • Müştəri – Operatorla Müqavilə bağlayan və «EPAYAZ» elektron pulqabından istifadə etməklə əməliyyatları həyata keçirmək hüququna malik olan fiziki şəxs.
  • Komissiya – xidmətlərin göstərilməsi üçün Operator və / və ya Operatorun Agentləri tərəfindən Müştəridən tutulan haqq.
  • Login, EN – Eyniləşdirmə nömrəsi – müştərinin telefon nömrəsi (müştərinin elektron pulqabının nömrəsi). Elektron pulqabının qeydiyyata götürüldüyü zaman hər bir müştəriyə onun telefon nömrəsi ilə eyniləşdirmə nömrəsi verilir, elektron pulqabına çıxış kodunu müştəri özü təyin edir.
  • Əməliyyat – Müştərinin sərəncamına əsasən və ya digər əsaslarla həyata keçirilən, Elektron pul vəsaitlərinin Müştərinin Elektron pulqabından/pulqabına daxil edilməsinə, silinməsinə, köçürülməsinə yönəlmiş Operatorun hərəkəti.
  • Köçürmə - Operator tərəfindən Alanın ünvanına bank hesabından, Elektron pulqabından və ya bank hesabı açmadan Ödəyicinin Sərəncamına əsasən həyata keçirilən pul vəsaitlərinin nağdsız köçürülməsi.
  • Ödəyici – Alanın xeyrinə Köçürməni həyata keçirən şəxs;
  • Alan – xeyrinə Köçürmənin həyata keçirildiyi fiziki və hüquqi şəxslər.
  • Əməliyyat üçün Sərəncam – Müvafiq Texniki vasitədə tərtib edilən, Müştəri tərəfindən Operatora ötürülən və Əməliyyatın həyata keçirilməsinə imkan verən ərizə ilə nəzərdə tutulmuş bütün məlumatları özündə ehtiva edən Müştərinin Əməliyyatın həyata keçirilməsi üçün Ərizəsi.
  • «EPAYAZ» saytı – «EPAYAZ» Elektron pulqabı xidmətinin www.epay.az ünvanı üzrə İnternet şəbəkəsində yerləşən rəsmi veb-saytı.
  •  «EPAYAZ» Elektron pulqabını xidmətləri – Operatorun sistemində Müştərilərə Elektron pulqabının təqdim edilməsi vasitəsilə Operator tərəfindən təqdim edilən mobil maliyyə xidmətləri.
  • Elektron pullar – texniki (mobil) cihazda saxlanılan və ödənişlərin həyata keçirilməsi üçün geniş surətdə istifadə edilə biləcək pul dəyərinin elektron ekvivalenti.
  • Elektron pulqabı – Müştəriyə pulları elektron formatda daxil etməyə, köçürməyə və çıxarmağa imkan verən Müştərinin virtual hesabı. Elektron pulqabı bank hesabının imkanlarına malikdir, maliyyə və elektron kommersiya tranzaksiyalarının həyata keçirilməsi üçün vəsaitləri təklif edir. Müştərilər İnternetə giriş və ya mobil şəbəkədən istifadənin mümkün olması şərti ilə tranzaksiyaları istənilən yerdə və istənilən vaxt həyata keçirə bilərlər.
  • Bu fəsildə müəyyən edilməyən terminlər hazırkı Müqavilənin mətninə və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq izah edilir.
  1. Ümumi müddəalar.

2.1. Hazırkı Saziş Müqavilənin Sazişdə qeyd edilən şərtlərdə bağlanması üçün ictimai təklifdir. Müqavilə hazırkı Sazişin 15-ci maddəsində nəzərdə tutulan və Müqavilənin bütün şərtlərinin hər hansı bir istisna və ya məhdudlaşdırma olmadan tam şəkildə və qeyd-şərtsiz qəbul edilməsini bildirən hərəkətlərin Müştəri tərəfindən həyata keçirilməsi anından etibarən bağlanmış hesab edilir və qoşulma müqaviləsi qüvvəsini alır.

2.2. Tərəflər arasında Müqavilə Sazişdə ifadə edilən şərtlərdə bağlanılır. Müqavilə hazırkı Sazişin 13.2-ci bəndinə əsasən Sazişin Müştəri tərəfindən aksept (təsdiq) edilməsi anından etibarən bağlanmış hesab edilir.

2.3. Müştəri Sazişdə ifadə edilən şərtlərdə Müqaviləni bağlayarkən, həmçinin təsdiq edir ki:

  • Müştəri Sazişdə qeyd edilən şərtlərlə tanış olmuşdur, tam şəkildə razıdır və onlara riayət etməyi öz öhdəsinə götürür,
  • Müştərinin fəaliyyət qabiliyyəti məhdud deyil, qəyyumluq, hamilik, zaminlik, eləcə də himayəçilik altında deyil, sağlamlıq vəziyyətinə görə müstəqil şəkildə öz hüquqlarını həyata keçirə və müdafiə edə, vəzifələrini yerinə yetirə bilər, bağlanmış Müqavilənin və onun bağlanması şərtlərinin mahiyyətini dərk etməyə mane ola biləcək xəstəliklərdən əziyyət çəkmir.
  1. Müqavilənin predmeti

3.1. Hazırkı Müqavilə Müştəriyə aşağıdakı xidmətlərin göstərilməsi şərtləri və qaydasını müəyyən edir:

3.1.1. Müştəriyə Elektron pulqabının təqdim edilməsi;

3.1.2. elektron pulların köçürülməsi;

3.1.3. nağdsız köçürmələr.

3.1.4. Müştərinin Elektron pulqabı balansının Müştəriyə Operator tərəfindən ayrılan limit çərçivəsində artırılması və Müştəriyə malların və ya xidmət(lər)in dəyərini nisyə formada ödəmək imkanının yaradılması.

3.2. Göstərilən xidmətlərin siyahısı bununla məhdudlaşmır və Operator tərəfindən birtərəfli qaydada dəyişdirilə və / və ya əlavələr edilə bilər.

3.3. Təklif edilən xidmətlərin siyahısı Müştərinin eyniləşdirmə prosedurasından keçməsindən və ya keçməməsindən asılıdır.

3.4. Operatorla hesablaşmalar AZN ilə həyata keçirilir.

  1. Eyniləşdirmə

4.1. Eyniləşdirilmiş Müştəri – bu, eyniləşdirmə prosedurasından keçmiş, şəxsləndirilmiş müştəri statusu alan və Operatora aşağıdakı sənədləri təqdim edən Müştəridir:

  • fiziki şəxs üçün – soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin (pasportun) məlumatları, yaşadığı (qeydiyyatda olduğu) və ya daimi yaşayış ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (əgər varsa);
  • hüquqi şəxs üçün - adı, təşkilati-hüquqi forması, dövlət qeydiyyatı nömrəsi və ya xarici hüquqi şəxsin qeydiyyat nömrəsi, dövlət qeydiyyatı yeri və olduğu (yerləşdiyi) yerin ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi və ya xarici təşkilatın kodu;
  • Müştəri bununla onun tərəfindən Operatora təqdim edilmiş bütün məlumatların doğruluğu və dəqiqliyinə zəmanət verir və təqdim edilmiş məlumatların Operatorun sistemində işlənməsinə Operatora hüquq verir.
  • Operator Müştəri tərəfindən təqdim edilmiş məlumatları onun üçün rahat olan istənilən üsulla yoxlamaq hüququna malikdir, bunun üçün o, Müştəri ilə bağlı mövcud məlumatların toplanması və araşdırılmasını həyata keçirə bilər.
  • Müştəri təqdim edilmiş məlumatları Elektron pulqabı sistemində istənilən vaxt dəqiqləşdirmək və düzəliş etmək hüququna malikdir və  təqdim edilmiş məlumatlarda edilmiş istənilən dəyişikliklər  haqqında Operatora dərhal məlumat verməlidir.

4.1.3. Məsafədən çıxış vasitəsilə qeydiyyat prosedurasından keçən zaman Operator  Müştəriyə şəxsləndirilməmiş Elektron pulqabı təqdim edir.

4.2. Şəxsləndirilməmiş Elektron pulqabının təqdim edildiyi zaman Müştəri şəxsi məlumatları: adını, soyadını, atasının adını, eyniləşdirmə nömrəsini (VÖEN) qeydiyyat səhifəsindəki müvafiq xanalarda göstərməyi və Elektron pulqabına çıxış üçün parolu müəyyən etməyi öz öhdəsinə götürür.

4.3. Şəxsləndirilməmiş Elektron pulqabı istifadə edən zaman Müştəriyə aşağıdakı xidmət növləri təqdim edilir:

4.3.1. Elektron pulqabı vəsaitin artırılması;

4.3.2. Kommunal xidmət haqlarının ödənilməsi;

4.3.4. Mobil rabitə xidmətləri üçün ödənişlərin edilməsi;

4.3.5. Digər müştəriyə elektron pulların köçürülməsi;

4.3.6. Mal və xidmətlər üçün ödəniş;

4.4. Şəxsləndirilmiş Müştərinin qeydiyyatdan keçirilməsi üçün lazım olan sənədlərin Operatorun Struktur bölmələrinə və ya Operatorun rəsmi Agentinə təqdim edilməsi vasitəsilə qeydiyyat prosedurasından keçən zaman Operator Müştəriyə şəxsləndirilmiş Elektron pulqabını təqdim edir.

4.5. Şəxsləndirilmiş Elektron pulqabı təqdim edildiyi zaman «EPAYAZ» Elektron pulqabı Xidmətlərinin tam siyahısı Müştəriyə təqdim edilir. Operator xidmətlərin siyahısına əlavə və dəyişiklikləri daxil etmək hüququna malikdir.

  1. Mobil maliyyə xidmətlərinin təqdim edilməsi qaydası.

5.1. Sistemdə əməliyyatların həyata keçirilməsi üçün hər bir Müştəri üçün Elektron pulqabı açılır. Elektron pulqabı Müştərinin mobil telefonunun nömrəsinə bağlanır.

5.2. «EPAYAZ» Elektron pulqabının xidmətlərindən istifadə edilməsi qaydası

Müştəri elektron pulqabından istifadə edərkən:

  • təhlükəsiz login və parolu təmin etməlidir, bu zaman kənar şəxslərə öz logini, parolu və  fərdi eyniləşdirmə nömrəsini açıqlamamalıdır;
  • öz logini, parolu və fərdi eyniləşdirmə nömrəsini kompüterdə saxlamamalıdır;
  • dövri olaraq kodu, parolu dəyişdirilməli, ad və ya doğum tarixi kimi asan parollardan istifadə etməməlidir. Parol ən azı 4 işarəni özündə ehtiva edən kombinasiyadan ibarət olmalıdır.
  • şəxsi məlumatların məxfiliyini təmin etməlidir, bu zaman:

- telefon və ya pasportun nömrəsi və yaxud elektron poçt ünvanı kimi şəxsi məlumatları kənar şəxslərə açıqlamamalıdır.

  • Elektron əməliyyatlar haqqında məlumatları saxlamalıdır;
  • veb-səhifənin düzgünlüyünü və təhlükəsizliyini yoxlamalıdır, bu zaman:

- istənilən on-layn əməliyyatları həyata keçirməzdən və ya şəxsi informasiyanı təqdim etməzdən əvvəl doğru elektron pulqabı veb-səhifəsindən istifadə edildiyindən əmin olmaq lazımdır. Fırıldaqçılıq məqsədi ilə yaradılmış saxta veb-səhifələrə qarşı ehtiyatlı olmaq lazımdır;

- “https” ilə bağlayan Vahid Resurs Lokatorunun (URL) mövcud olmasını yoxlayaraq, veb-səhifənin təhlükəsizliyinə əmin olmaq lazımdır, internet-brauzerin statusunda qorunan bağlantı işarəsi əks olunmalıdır;

- veb-səhifənin URL hər zaman bilavasitə internet-brauzerə daxil etmək lazımdır. Başqa istiqamətə yönəltməkdən və ya digər etibarlı olmayan səhifələrə keçiddən çəkinmək lazımdır;

- mümkün olduqca, elektron əməliyyatların həyata keçirilməsi prosesində şəxsi məlumatları avtomatik şəkildə şifrləyən və ya kodlaşdıran proqramdan istifadə etmək lazımdır.

  • öz kompüterini, mobil telefonunu icazə verilməyən girişdən və zərərli proqramlardan qorumaq, bu zaman antivirus proqramının müntəzəm şəkildə yenilənməsinə və onun davamlı işləməsinə nəzarət etmək lazımdır;
  • hətta kompüterin qısa müddət ərzində nəzarətsiz qalsa belə elektron əməliyyatların həyata keçirildiyi saytdan dərhal çıxmaq lazımdır;
  • elektron əməliyyatların həyata keçirilməsindən sonra sistemdən çıxmağı unutmayın;
  • elektron əməliyyatın həyata keçirildiyi mobil telefonunuzdan başqalarının istifadə etməsinə icazə verməyin;
  • mobil telefonun itirilməsi və oğurlanması zamanı dərhal Operatora xəbər vermək lazımdır;
  • özünüzün şəxsi məlumatlarınızı, xüsusilə də parol və ya fərdi eyniləşdirmə nömrənizi elektron poçt, sosial şəbəkələr və məlumatların elektron mübadiləsinin digər vasitələrindən istifadə etməklə göndərməyin;
  • elektron pulqabının təhlükəsizliyi ilə bağlı istənilən sualların meydana gəldiyi təqdirdə dərhal Operatora məlumat vermək lazımdır.

Operator “EPAYAZ” saytında müvafiq informasiyanın yerləşdirilməsi vasitəsilə  Müştərilərə məlumat verməklə təqdim edilən xidmətlərin siyahısını və onlardan istifadə qaydasını dəyişdirmək hüququna malikdir.

5.3. Elektron pulqabı üzrə əməliyyatlar Əməliyyat üçün Sərəncamın əsasında həyata keçirilir. Əməliyyatlar hazırkı Müqavilədə, Azərbaycan Respublikasının qanunvericiliyində və “EPAYAZ” saytında yerləşdirilən Operatorun müvafiq normativ sənədlərində qeyd edilən digər əsaslarla həyata keçirilə bilər.

5.4. Bütün bunlardan başqa Elektron pulqabı üzrə əməliyyatlar aşağıdakı hallarda müştərinin Sərəncamı olmadan Operator tərəfindən həyata keçirilir:

5.4.1. Operatorun Tariflərinə (o cümlədən xidmətləri göstərilməsi Tarifləri və ya şərtlərinə) və / və ya hazırkı Müqavilə üzrə Müştəriyə xidmət göstərilməsinin nəticəsində Operator tərəfindən çəkilmiş və sənədli şəkildə təsdiq edilmiş digər xərclərinə müvafiq olaraq, Müştəri tərəfindən ödənməli olan Komissiya məbləğinin silinməsi;

5.4.2. Müştərinin Elektron pulqabına səhvən daxil edilən məbləğin silinməsi;

5.4.3. Müştərinin Elektron pulqabı balansının Müştəriyə Operator tərəfindən ayrılan limit çərçivəsində artırılması və Müştəriyə «EPAYAZ» elektron pulqabı vasitəsi ilə təqdim edilən malların və ya göstərilən xidmətlərin dəyərinin nisyə formada ödənilməsi imkanının yaradılması xidməti Operator tərəfindən Müştəriyə təqdim edildiyi zaman həmin malların və ya xidmət(lər)in nisyə dəyərinin, habelə müvafiq hallarda ona hesablanmış dəbbə pulunun Müştərinin Elektron pulqabı balansından avtomatik qaydada silinməsi

5.4.4. Aşağıdakı halların (daxil olmaqla, ancaq məhdudlaşmayaraq) nəticəsində yaranmış Müştərinin borc məbləğinin silinməsi:

  • səhvən daxil edilən Elektron pul məbləğindən Müştərinin istifadə etməsi;
  • Elektron pulqabına vəsaitlərin əlavə edilməsi üçün əməliyyatın Ödəyicisi tərəfindən pul vəsaitlərinin təqdim edilməsinin mübahisələndirilməsi zamanı Ödəyiciyə qaytarılması üçün pul vəsaitlərinin Operator tərəfindən tutulması;
  • texniki artıq xərcləmə.

5.4.5. Ödəyicinin razılığı olmadan həyata keçirilən Əməliyyatın məbləğinin əvəzinin Ödəyiciyə qaytarılması haqqında Operator tərəfindən qərarın qəbul edildiyi təqdirdə Ödəyicinin xəbəri və razılığı olmadan Ödəyicinin Elektron pulqabından həyata keçirilən Əməliyyatın məbləğinin silinməsi;

5.4.6. qanunvericiliklə, Operatorun lokal normativ aktları və ya Tərəflərin razılaşması ilə nəzərdə tutulan digər hallarda.

5.5. Elektron pulların Köçürülməsinin yekunlaşması eyni zamanda Operatorun Əməliyyat üçün Sərəncamı qəbul etdiyi, Ödəyicinin Elektron pullarının qalığının azaldıldığı və vəsaitlərin Alanın Elektron pullarının qalığının Elektron pulların köçürülməsi məbləği qədər artırıldığı anda baş tutur.

5.6. Parolun daxil edilməsi vasitəsilə Müştəri tərəfindən tərtib edilən Əməliyyat üçün Sərəncamı Tərəflər Müştərinin əməliyyatı həyata keçirmək niyyətinin və Əməliyyat üçün göndərilən Sərəncamın həqiqiliyinin lazımi və kafi qaydada təsdiq edilməsi kimi qəbul edirlər.

5.7. Tərəflər parolu şəxsən çəkilmiş imzanın analoqu kimi tanıyırlar. Müştəri tərəfindən Paroldan istifadə edilməsi Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə müvafiq olaraq, şəxsən çəkilmiş imzaların istifadəsi ilə analoq təşkil edən hüquqi nəticələr doğurur.

5.8. Paroldan istifadə edilməsi və/ və parolun həqiqiliyi, Operatora göndərildikdən sonra Əməliyyat üçün Sərəncama və ya digər sənədə dəyişiklik edilməsi faktı, Əməliyyat üçün Sərəncamın Operator tərəfindən alınması faktı ilə bağlı Müştəri tərəfindən Operatora qarşı pretenziya irəli sürüldüyü təqdirdə, Müştəri yuxarıda göstərilən faktların mövcud olmasını təsdiq edən kifayət qədər sübutları iddiaya əlavə etməyi öz öhdəsinə götürür. Faktların kifayət qədər olduğu təqdirdə Operator özünün prosessinq (emal) sistemindən istifadə edərək, qeyd edilən faktların mövcud olub/olmasının yoxlanmasını həyata keçirir və irəli sürülmüş pretenziyanın əsaslılığı barədə qərar qəbul edir.

  1. Tariflər

6.1. Elektron pulqabının bəzi xidmətləri müvafiq xidmət üçün Operator tərəfindən təyin edilən və “EPAYAZ” Saytında yerləşdirilən komissiya məbləğinin Müştərinin Elektron pulqabından akseptsiz silinməsi yolu ilə Operator tərəfindən ödənişli əsaslarla təqdim edilir.

6.2. Operatorun Agentləri vasitəsilə “Elektron pulqabı” xidmətlərindən istifadə edildiyi təqdirdə Müştəridən həmçinin Agent tərəfindən müəyyən edilən Agentin komissiya haqqı tutulur. Müştəri Operatorun Agentləri vasitəsilə xidmətlərdən istifadə etməzdən əvvəl Agentin komissiya haqqının məbləğini müstəqil şəkildə dəqiqləşdirməlidir. Müştəri Agentin komissiya haqqının məbləği ilə bağlı məlumatın təqdim edilməsini və  Agentin komissiya haqqının məbləğinin hesablanması ilə əlaqədar ətraflı məlumatın verilməsini Agentdən tələb etmək hüququna malikdir.

6.3. Komissiya haqqı Əməliyyatın məbləğindən əlavə olaraq tutulur (Əməliyyatın məbləğinə daxil edilmir və Əməliyyatın məbləğini azaltmır).

6.4. Müştəri tərəfindən yanlış Əməliyyatın həyata keçirildiyi təqdirdə, xidmət göstərilmiş hesab olunur və məbləğ (o cümlədən komissiya məbləği) geri qaytarılmır.

6.5. Operator Tarifləri birtərəfli qaydada tam və ya qismən dəyişdirmək (artırmaq, azaltmaq), yenilərini müəyyən etmək və mövcud Tarifləri ləğv etmək hüququna malikdir. Bu zaman qeyd edilən dəyişikliklər, Operator tərəfindən digər halların nəzərdə tutulmadığı təqdirdə, onların Operatorun Saytında dərc edildiyi gündən etibarən qüvvəyə minir.

6.6. Müştəri yeni Tariflərin tətbiq edilməsi ilə razılaşmadığı təqdirdə hazırkı Müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir.

  1. Tərəflərin hüquq və öhdəlikləri

7.1. Operatorun hüquqları:

7.1.1. aşağıdakı hallarda əməliyyatların həyata keçirilməsindən imtina etmək:

  • yalnız eyniləşdirilmiş Müştəri üçün mümkün olan Əməliyyatın eyniləşdirilməmiş Müştəri tərəfindən aparılmasına cəhd göstərildiyi zaman;
  • pulun qalığının əməliyyatın aparılması və Operatorun Tariflərlə nəzərdə tutulan komissiya haqqının ödənilməsi üçün kifayət qədər olmadığı təqdirdə;
  • ödəniş və / və ya digər rekvizitlərin göstərilməsi zamanı Müştəri tərəfindən səhvə yol verildiyi təqdirdə;
  • əməliyyatın həyata keçirilməsi üçün Operatora lazım olan sənədlər dəstinin (rekvizitlərin) Müştəri tərəfindən təqdim edilmədiyi və ya yarımçıq təqdim edildiyi təqdirdə;
  • cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliklə nəzərdə tutulan məlumatların qeydə alınması üçün lazım olan sənədlər dəstinin (rekvizitlərin) Müştəri tərəfindən təqdim edilmədiyi və ya yarımçıq təqdim edildiyi təqdirdə;
  • əməliyyatın Azərbaycan Respublikasının qanunvericiliyi və hazırkı Müqavilənin şərtləri ilə ziddiyyət təşkil etdiyi təqdirdə;
  • hazırkı Müqavilə, Operatorun daxili sənədləri və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

7.1.2. Müştəri qeydiyyat prosedurasından keçmədiyi və lazımi qaydada keçmədiyi təqdirdə qeydiyyata almaqdan imtina etmək;

7.1.3. Hazırkı Müqavilə və / və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan hallarda, eləcə də Operatorun mülahizəsinə görə Elektron pulqabında həyata keçirilən bütün əməliyyatların və ya onların bir hissəsinin bloklanması zərurəti yarandığı təqdirdə, Elektron pulqabının bloklanması. Elektron pulqabının bloklanması onun bloklanmasının səbəbləri aradan qaldırılana qədər davam edir.

7.1.4. pul vəsaitləri ilə əməliyyatlar haqqında, eləcə də Elektron pulqabında pul vəsaitlərinin yaranması mənbəyini, əməliyyatların həyata keçirilməsinin əsasını təsdiq edən əlavə məlumatları və sənədləri, həmçinin mənfəət əldə edəni (benefisiarı) müəyyən etməyə imkan verən məlumatlar və sənədləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Müştəridən tələb etmək;

7.1.5. Operatorun məlumatlar bazasında nasazlığın yarandığı təqdirdə əməliyyatlar üzrə qeydlərə düzəlişləri daxil etmək, eləcə də Müştəri tərəfindən həyata keçirilmiş əməliyyatlar haqqında məlumatların bərpa edilməsi üçün bütün zəruri hərəkətləri etmək;

7.1.6. Elektron pulqabından istifadə etməklə əməliyyatların həyata keçirilməsi üçün birtərəfli qaydada məhdudiyyətləri (limitləri) müəyyən etmək və dəyişdirmək (artırmaq, azaltmaq). Bu cür dəyişikliklər haqqında məlumatlar “EPAYAZ” Saytında yerləşdirilir. Operator tərəfindən digər halların nəzərdə tutulmadığı təqdirdə dəyişikliklər “EPAYAZ” Saytında yerləşdirildiyi andan etibarən qüvvəyə minir;

7.1.7. hazırkı Müqavilənin çərçivəsində Tərəflərin qarşılıqlı fəaliyyəti zamanı istifadə edilən interfeyslərin və proqram təminatının modifikasiyasını həyata keçirmək;

7.1.8. əhəmiyyətli nasazlıqların, səhvlərin, qüsurların aşkar edilməsi zamanı, eləcə də profilaktik tədbirlərin görülməsi və icazə verilməmiş giriş hallarının qarşısının alınması məqsədi ilə hazırkı Müqavilənin çərçivəsində Tərəflərin qarşılıqlı texniki fəaliyyətini təmin edən proqram və / və ya aparat vasitələrinin işini dayandırmaq;

7.1.9. Elektron pulqabına əvvəllər icazə verilmiş avtomatik müraciəti istənilən an qadağan etmək, eləcə də avtomatik şəkildə formalaşdırılmış istənilən məlumatların qəbulunu dayandırmaq;

7.1.10. Şəxsləndirilmiş pulqabı istifadə edən və həddi-buluğa çatmamış Müştəridən – fiziki şəxsdən Operator tərəfindən təqdim edilmiş Pulqabından istifadə edilməsi və Elektron pulların Müştəri tərəfindən köçürülməsinin həyata keçirilməsi üçün müəyyən edilmiş forma üzrə özünün qanuni təmsilçisinin yazılı razılığının təqdim edilməsini tələb etmək. Bu cür yazılı razılıq Müştərinin qanuni təmsilçisi tərəfindən şəxsiyyət vəsiqəsinin və həmin Müştəriyə münasibətdə qanuni təmsilçi statusunu təsdiq edən sənədin əslinin təqdim edilməsi ilə Operatorun ofisində şəxsən təqdim edilməlidir;

7.1.11. Müqavilənin yerinə yetirilməsi və əməliyyatların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə, eləcə də elektron pulqabına çıxış üçün Müştəri tərəfindən istifadə edilən proqram-aparat vasitələrinin konfiqurasiyası və səciyyəvi xüsusiyyətləri haqqında məlumatların üçüncü şəxslərə ötürülməsi zərurəti yaranan zaman, o cümlədən Müştərinin proqram-aparat vasitələri ilə qarşılıqlı fəaliyyət prosesində Operator tərəfindən avtomatik şəkildə ötürülən istənilən digər məlumatların istənilən üsulla toplanması, saxlanması, emal edilməsini həyata keçirmək;

7.1.12. Müqavilənin bağlandığı zaman və yaxud Müqavilənin qüvvədə olduğu müddət ərzində Müştəri tərəfindən şəxsən və ya üçüncü şəxslər tərəfindən təqdim edilən Müştərinin istənilən fərdi məlumatlarını Müqavilənin yerinə yetirilməsi məqsədi ilə istənilən üsulla emal etmək.

7.1.13. əməliyyatın həyata keçirilməsindən sonra 10 (on) təqvim günü bitdikdə Müştəri tərəfindən irəli sürülən əməliyyat üzrə pretenziyaları baxılması üçün qəbul etməmək.

7.1.14. bu İstifadəçi Razılaşmasının 5.4-cü bəndinə uyğun olaraq Müştərinin Sərəncamı olmadan Operator tərəfindən Elektron pulqabı üzrə müvafiq əməliyyatların həyata keçirilməsi.

  1. Müştərinin hüquqları:

8.1. Elektron pulqabından istifadə edilməklə həyata keçirilən əməliyyatlar haqqında bildirişlər, məlumatlar, çıxarışlar almaq;

8.2. Operatora pretenziyaları təqdim etmək və hazırkı Müqavilə ilə nəzərdə tutulan qaydada və hallarda digər ərizələri göndərmək;

8.3. Mübahisəli əməliyyat üzrə pretenziyaları əməliyyatın həyata keçirilməsi günündən etibarən 10 təqvim günü ərzində Sistem Operatoruna göndərmək. Pretenziya sistem Operatoru tərəfindən müəyyən edilmiş formaya müvafiq olaraq, yazılı şəkildə tərtib edilməlidir.

8.4. Müştərinin Operator qarşısında borcunun olmadığı təqdirdə Operatorun Zəng mərkəzinə əvvəlcədən müraciət edərək, hazırkı Müqavilənin yerinə yetirilməsindən imtina etmək.

  1. Operatorun öhdəlikləri:

9.1. hazırkı Müqaviləyə dəyişikliklərin daxil edilməsi (Tariflər və / və ya əlavə xidmətlərin təqdim edilməsi şərtləri də daxil olmaqla) haqqında bildirişin “EPAYAZ” Saytında yerləşdirilməsi və yaxud Operatorun mülahizəsinə əsasən digər üsulla Müştəriyə göndərilməsi yolu ilə bu barədə Müştərinin xəbərdar edilməsi;

9.2. Müştərinin Elektron pulqabını və onun vasitəsilə aparılan əməliyyatlar haqqında məlumatlara digər şəxslərin icazə verilməmiş çıxışının qarşısını almaq üçün tədbirlər görmək;

9.3. səlahiyyətli orqanın sənədlərini alan zaman səlahiyyətli orqanın tələblərinin Operator tərəfindən yerinə yetirilməsi anına qədər Müştərinin Elektron pulqabını bloklamaq;

9.4. həbsin qoyulması haqqında səlahiyyətli orqanların lazımi qaydada tərtib edilmiş sənədlərini alan zaman  bu cür sənəddə göstərilən məbləğin həcmində pul vəsaitlərinin qalığına, pul vəsaitlərinin məbləği göstərilmədikdə isə pul vəsaitlərinin bütün qalığına həbs qoymaq;

9.5. Elektron pulqabından istifadə etməklə həyata keçirilən əməliyyatların və Müştəri haqqında məlumatların gizliliyinin qorunması üzrə bütün mümkün tədbirləri görmək. Elektron pulqabından istifadə etməklə həyata keçirilən əməliyyatlar və Müştəri haqqında məlumatlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan hallarda digər şəxslərə Müştərinin razılığı olmadan təqdim edilə bilər.

9.6. Müştərinin Elektron pulqabı balansının Müştəriyə Operator tərəfindən ayrılan limit çərçivəsində artırılması və Müştəriyə «EPAYAZ» elektron pulqabı vasitəsi ilə təqdim edilən malların və ya göstərilən xidmətlərin dəyərinin nisyə formada ödənilməsi imkanının yaradılması xidməti Operator tərəfindən Müştəriyə təqdim edildiyi zaman Operator ilə Müştəri arasında bağlanan müvafiq müqaviləyə uyğun olaraq bu İstifadəçi Razılaşmasının 9.5-ci maddəsində göstərilmiş öhdəlik Operatorun üzərindən tam və ya qismən götürülə bilər.

  1. Müştərinin öhdəlikləri:

10.1. hazırkı Müqavilənin şərtlərinə riayət etmək, Operatorun öhdəlik və tələblərini lazımi şəkildə yerinə yetirmək;

10.2. şəxsləndirilmiş Elektron pulqabından istifadə edildiyi zaman Operatora doğru eyniləşdirmə məlumatlarını təqdim etmək;

10.3. Avtorizasiya edilmiş məlumatların saxlanması üzrə tədbirlər görmək, üçüncü şəxslərə digər şəkildə ötürməmək, onları əldə edilməsi mümkün yerlərə yerləşdirməmək;

10.4. qeyri-qanunu sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya digər qanuna zidd hərəkətlər, ictimai təhlükəsizlik və əxlaq normalarının pozulmasına yönələn tədbirlərin dəstəklənməsi ilə bağlı əməliyyatlar aparmamaq, bu hadisələri bilmədən, lakin bunlara ehtimal olduqda  Operatorla razılaşdırmadan və müvafiq əlavə sazişlər bağlamadan istənilən əməliyyatlar aparmamaq;

10.5. Operatora doğru və aktual (hazırki zaman mövcud olan) məlumatlar təqdim etmək;

10.6. fərdi məlumatlarda, rekvizitlərdə və Eyniləşdirmə üçün təqdim edilən sənədlərdəki məlumatlarda, bildirişlərin göndərilməsi üçün məlumatlarda dəyişikliklərin edildiyi təqdirdə Operatora vaxtında xəbər vermək;

10.7. hazırkı Müqavilənin yerinə yetirilməsi çərçivəsində Operator tərəfindən tələb olunan məlumatları və sənədləri Operatora təqdim etmək;

10.8. Operatorun tələbinə əsasən məlumatları, eləcə də Elektron pulqabındaki pul vəsaitlərinin yaranması mənbəyini, əməliyyatların həyata keçirilməsinin əsasını təsdiq edən sənədləri ona təqdim etmək;

10.9. Müştəri Müqavilənin bağlandığı zaman və yaxud Müqavilənin qüvvədə olduğu müddət ərzində Müştəri tərəfindən şəxsən və ya üçüncü şəxslər tərəfindən təqdim edilən Müştərinin istənilən fərdi məlumatlarının hazırkı Müqavilənin yerinə yetirilməsi məqsədi ilə Operator tərəfindən istənilən üsulla emal edilməsi üçün öz razılığını verir. Qeyd edilən razılıq hazırkı Müqavilənin qüvvədə olduğu müddət ərzində qüvvədədir və hazırkı Müqavilənin yerinə yetirilməsindən birtərəfli qaydada imtina edilməsi yolu ilə Müştəri tərəfindən ləğv edilə bilər. Hazırkı müqavilənin yerinə yetirilməsi zamanı Müştəri Operatora üçüncü şəxslərin fərdi məlumatlarını təqdim edərsə, Müştəri onların qanuniliyinə və bu fərdi məlumatların subyektlərinin bu məlumatların təqdim edilməsi üçün razılığının olmasına təminat verir, eləcə də qeyd edilən məlumatların qanuniliyi və həqiqiliyi üçün məsuliyyəti öz üzərinə götürür;

10.10. hazırkı Müqavilə ilə nəzərdə tutulan digər öhdəlikləri yerinə yetirmək.

  1. Tərəflərin qarşılıqlı fəaliyyət qaydası

11.1. “EPAYAZ” Saytı Müqavilə, Tariflər və Xidmətlərin şərtlərində baş verən dəyişikliklər haqqında rəsmi informasiya mənbəyi və Müştərinin xəbərdar edilməsinin əsas vasitəsidir. Bununla Müştəri  təsdiq edir ki, “EPAYAZ” Saytında yerləşdirilən bütün tələblərə sözsüz riayət olunmalı və onlar tam həcmdə yerinə yetirilməlidir.

11.2. Operator Müştərinin məlumatlandırılmasını  öz mülahizəsinə əsasən aşağıda sadalanan üsullardan biri vasitəsilə həyata keçirir:

  • məlumatların saytda yerləşdirilməsi yolu ilə;
  • SMS–n göndərilməsi yolu ilə;
  • Müştəri tərəfindən göstərilən nömrəyə edilən telefon zəngləri vasitəsilə;
  • Müştəri tərəfindən göstərilən ünvana məktubun göndərilməsi yolu ilə;
  • Müştərinin elektron poçt ünvanına elektron məktubun göndərilməsi yolu ilə;
  • Müştəri tərəfindən göstərilən nömrəyə faksın göndərilməsi yolu ilə.

Müştəri onun tərəfindən təqdim edilən əlaqə məlumatlarının aktuallığı üçün məsuliyyət daşıyır. Yuxarıda sadalanan fəaliyyətlərdən istənilən birinin həyata keçirilməsi Müştərinin lazımi qaydada məlumatlandırılması hesab edilir, bu zaman Operator göndərilmiş bildirişin Müştəri tərəfindən alınması və ya alınmaması üçün məsuliyyət daşımır.

11.3. Müştəri Elektron pulqabında aparılan bütün Əməliyyatların onun şəxsi sərəncamına əsasən həyata keçirilməsinə zəmanət verir.

11.4. Müştərinin istənilən müraciətləri yazılı şəkildə tərtib edilməli və Elektron pulqabı sistemində lazımi qaydada qeydiyyata alınmış Müştərinin elektron poçt ünvanından elektron məktubun göndərilməsi yolu ilə Operatora ötürülməli və ya eyniləşdirilmiş Müştəri tərəfindən məktub şəklində bilavasitə Operatorun nümayəndəsinə (struktur bölmələrinə) təqdim edilməlidir.

11.5. Eyniləşdirmə Nömrəsinin itirildiyi, Elektron pulqabına icazə verilməyən girişlə bağlı şübhələrin meydana gəldiyi zaman Müştəri müvafiq ərizə ilə dərhal Operatora müraciət etməlidir. Operator da öz növbəsində həmin ərizəyə baxmağı və Elektron pulqabının şəxsiyyətinin və eyniləşdirilməmiş Müştəriyə məxsus olmasının müəyyənləşdirilməsinə qədər və yaxud eyniləşdirilmiş Müştəri tərəfindən parolun dəyişdirilməsinə qədər Elektron pulqabını bloklamağı öz öhdəsinə götürür.

11.6. Elektron pulqabının şəxsiyyətinin və eyniləşdirilməmiş Müştəriyə məxsus olmasının müəyyənləşdirilməsi aşağıdakı üsullardan biri vasitəsilə həyata keçirilir:

11.6.1. parolun bərpa edilməsi kodunun SMS-mesaj vasitəsilə Elektron pulqabına bağlanmış Müştərinin mobil telefon nömrəsinə göndərilməsi;

11.6.2. müəyyən edilmiş formaya əsasən tərtib edilmiş ərizənin Operatorun Struktur bölməsinə verilməsi və Müştərinin Eyniləşdirilməsi üçün lazım olan sənədlərin təqdim edilməsi, eləcə də çıxışın bərpa edildiyi Elektron pulqabına sahib olmaq və ondan istifadə etməklə bağlı sübutların təqdim edilməsi. Sübutların kafiliyi müstəsna olaraq Operatorun mülahizəsinə əsasən müəyyən edilir;

11.6.3. Operator tərəfindən müəyyən edilən digər üsulla.

11.7. Operator Müştərilər arasında və / və ya Müştərilər və Alanlar arasında bağlanmış sazişin tərəfi deyildir, bununla əlaqədar:

11.7.1. əqdin qanunvericiliyin tələbləri ilə uyğunluq təşkil etməməsi üçün, sazişin bağlanması, yerinə yetirilməsi və ləğv edilməsinin istənilən nəticələri üçün, o cümlədən bu cür əqd üzrə ödənişin geri qaytarılması üçün məsuliyyət daşımır;

11.7.2. Alanların əqd üzrə öhdəliklərinin yerinə yetirilməməsi (lazımi qaydada yerinə yetirilməməsi) ilə bağlı Müştərinin pretenziyalarına baxmır.

11.8. Operatorun birbaşa günahı və\və ya hərəkətləri nəticəsində baş verməmiş səbəblərdən əməliyyatlar və ya digər xidmətlərin həyata keçirilməsi mümkün olmadıqda (elektrik enerjinin və ya internet qoşulmanın təminatı dayandırıldıqda və s.) Operator xidmətlərin təqdim edilməməsinə və köçürülmə əməliyyatlarının baş tutmasına görə məsuliyyət daşımır.

  1. Pretenziyalar üzrə iş

12.1. Təqdim edilən xidmətlərlə bağlı Müştərilərdə pretenziyalar (şikayətlərin) meydana gəldiyi təqdirdə müştərilər onları “EPAYAZ” Müştərilərin dəstəklənməsi Xidmətinə ünvanlayırlar. Şikayətlər qeydiyyata alınır və Operatorun daxili reqlamenti və proseduralarına müvafiq olaraq baxılır. Müştərinin şikayətlərinin əsaslılığı Operator tərəfindən xidməti araşdırmanın nəticələrinə əsasən müəyyən edilir. Xidməti araşdırma Müştəridən şikayətin daxil olduğu hər bir fakt üzrə həyata keçirilir. Şikayətin mahiyyətinə dair tələb olunan sənədlərin, məlumatların, informasiyanın Müştəriyə sorğunun göndərildiyi andan etibarən 3 (üç) iş günü ərzində Operator tərəfindən alınmadığı təqdirdə, Müştərinin pretenziyadan (şikayətdən) imtina etdiyi hesab olunur.

12.2. Hazırkı Müqavilənin çərçivəsində pretenziya dedikdə Operatora qarşı mülki-hüquqi xarakter daşıyan tələbi özündə ehtiva edən hazırkı Müqavilə üzrə özünün öhdəliklərinin Operator tərəfindən yerinə yetirilməməsi və yaxud lazımi qaydada yerinə yetirilməməsi nəticəsində tərtib edilmiş Müştərinin ərizəsi başa düşülür.

12.3. Əgər həyata keçirilmiş xidməti araşdırmanın nəticələrinə əsasən Operator pretenziyanın əsaslılığını qəbul edərsə, bu zaman Operator pretenziyanın tam və ya qismən təmin edilməsi haqqında qərar qəbul edir. Pretenziyanın tam şəkildə təmin edildiyi təqdirdə Operator pretenziyanın təmin edilməsi haqqında cavabı ərizəçiyə göndərmədən müvafiq hərəkətləri etmək hüququna malikdir. Pretenziyanın qismən təmin edildiyi və ya pretenziyanın təmin olunmasından imtina edildiyi təqdirdə Operator özünün mülahizəsinə əsasən Müqavilədə nəzərdə tutulan üsullardan birinin vasitəsilə Müştəriyə müvafiq bildiriş göndərir.

  1. Məsuliyyət

13.1. Operator Əməliyyatların həyata keçirilməsi üçün Müştərinin lazımi şəkildə rəsmiləşdirilmiş tapşırıqlarının lazımi qaydada və vaxtında yerinə yetirilməsi üçün məsuliyyət daşıyır.

13.2. Operator müştərinin şəxsləndirilmiş məlumatlarının, həyata keçirilmiş əməliyyatlar haqqında məlumatların və Azərbaycan Respublikasının qanunvericiliyi ilə məxfi (gizli) məlumatlara aid edilən istənilən digər informasiyaya dair hər hansı bir məlumatın aid olduğu Müştəri tərəfindən təqdim edilən məxfi informasiyanın qorunması üçün məsuliyyət daşıyır. Operator İstifadəçi Razılaşmasının 9.6-cı maddəsinə uyğun olaraq bu məsuliyyətdən tam və ya qismən azad edilə bilər.

13.3. Operator Müştərinin Elektron pulqabından daxil olan bütün tapşırıqları yerinə yetirir və Müştərinin Elektron pulqabına icazəsiz giriş və onun vəsaitləri üzərində sərəncam verilməsinə görə məsuliyyət daşımır.

13.4. Operator Müştərinin Elektron pulqabı ilə həyata keçirilən Əməliyyatlar məsələsi ilə bağlı istənilən üçüncü şəxslər qarşısında məsuliyyət daşımır. Müştəri bu cür üçüncü şəxslərin istənilən mümkün iddialarını müstəqil şəkildə nizamlamağı öz öhdəsinə götürür.

13.5. Operator aşağıdakı hallara görə məsuliyyət daşımır:

13.5.1. Müştərinin Elektron pulqabından alınmış Müştərinin tapşırığı dəqiq yerinə yetirdiyi təqdirdə yanlış həyata keçirilən Əməliyyatlar üçün;

13.5.2. poçt, elektrik təchizat, İnternet, rabitə şəbəkələrinin işində Operatordan asılı olmayan səbəblərdən meydana gəlmiş və Operatorun bildirişlərinin Müştəri tərəfindən vaxtında alınmamasına və ya alınmamasına gətirib çıxaran nasazlıqlar üçün;

13.5.3. Operator tərəfindən Müqavilənin şərtlərinin yerinə yetirilməməsinə gətirib çıxaran texniki nasazlıqların (elektrik enerjisi və rabitə ilə təminatın dayandırılması/ zədələnməsi, prosessinq mərkəzinin proqram təminatında nasazlıq və ödəniş sistemlərində texniki nasazlıq) baş verdiyi təqdirdə;

13.5.4. Elektron pulqabından istifadə etməklə həyata keçirilən əməliyyatlar haqqında, Müştərinin məlumatları haqqında informasiyanın rabitə kanallarından istifadə zamanı dinləmə və ya ələ keçirmə nəticəsində digər şəxslərə məlum olduğu təqdirdə;

13.5.5. Elektron pulqabından istifadə etməklə həyata keçirilən əməliyyatlar haqqında, Müştərinin məlumatları haqqında informasiyanın müştəri tərəfindən hazırkı Müqavilənin pozulması və ya müvafiq məlumatların saxlanması və istifadə edilməsi şərtlərinə Müştəri tərəfindən riayət olunmaması nəticəsində digər şəxslərə məlum olduğu təqdirdə;

13.5.6. Müştəridə Elektron pulqabından istifadəni və hazırkı Müqavilənin çərçivəsində Operatorla qarşılıqlı fəaliyyəti təmin edən rabitə vasitələrinə çıxışın müvəqqəti olmaması, eləcə də bununla bağlı zərrələr üçün;

13.5.7. Elektron pulqabının bloklanması nəticəsində Müştəridə meydana gələn zərərlər üçün;

13.5.8. Elektron pulqabından istifadənin mümkün olmamasının nəticəsində bunun əsaslarından asılı olmayaraq Müştərinin və / və ya üçüncü şəxslərin zərərləri üçün;

13.5.9. Əməliyyatların həyata keçirilməsi haqqında sərəncamların Müştəri tərəfindən yanlış doldurulması nəticəsində meydana gələn zərərlər üçün;

13.5.10. pul vəsaitlərinin daxil edilməsi zamanı Elektron pulqabının nömrəsinin yanlış göstərilməsi və pul vəsaitlərinin Operator tərəfindən göstərilmiş Elektron pulqabına daxil edilməsi, bundan sonra pul vəsaitlərinin Elektron pulqabına daxil edildiyi Müştəri tərəfindən istifadə edilməsi nəticəsində meydana gələn zərərlər üçün;

13.5.11. pul vəsaitlərinin daxil edilməsinin müəyyən olunmuş qaydasının Müştəri tərəfindən pozulması nəticəsində meydana gəlmiş zərərlər üçün;

13.5.12. Elektron pulların qalığının limitinin aşılması ilə bağlı daxil edilməsi mümkün olmayan pul vəsaitlərinin Müştəri tərəfindən daxil edilməsi nəticəsində meydana gəlmiş zərərlər üçün;

13.5.13. bildirişlərin göndərilməsi üçün Müştəri tərəfindən yalan, yanlış, səhv məlumatların təqdim edilməsi nəticəsində meydana gəlmiş zərərlər üçün;

13.5.14. Müştəri tərəfindən yanlış eyniləşdirmə məlumatlarının təqdim edilməsi nəticəsində meydana gəlmiş zərərlər üçün;

13.5.15. bildirişlərin və / və ya eyniləşdirmə məlumatlarının göndərilməsi üçün məlumatların Müştəri tərəfindən yenilənməməsi nəticəsində meydana gəlmiş zərərlər üçün;

13.6. Müştəri aşağıdakı hallara görə məsuliyyət daşıyır:

13.6.1. Elektron pulqabından istifadə ilə bağlı üçüncü şəxslərin istənilən tələbləri, pretenziyaları və iddiaları;

13.6.2. login və parolun üçüncü şəxslər üçün qorunması və istifadənin mümkünsüzlüyü;

13.6.3. Əməliyyatların həyata keçirilməsi üçün tapşırıqların lazımi qaydada rəsmiləşdirilməsi;

13.6.4. düzgün və aktual əlaqə məlumatlarının təqdim edilməsi;

13.6.5. Operatorun tələblərinin  lazımi qaydada yerinə yetirilməsinə görə;

13.7. Müştəri sifariş etdiyi kartı, sifariş tarixindən 35 gün ərzində bankdan almadıqda, həmin kartın 3 (üç) manat dəyərində əvəzi müştərinin EPAYAZ hesabından avtomatik olaraq silinəcəkdir. EPAYAZ hesabında kifayət qədər vəsait olmadığı təqdirdə, həmin məbləğ hesabı artırılandan sonra silinir.

13.8. Tərəflər hazırkı Müqavilədə nəzərdə tutulmayan məsələlər üzrə öz öhdəliklərinin lazımi qaydada yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

  1. Mübahisələrin həll edilməsi qaydası

14.1. Sistemdən istifadə ilə bağlı meydana gəlmiş istənilən məsələlər üzrə Müştəri Operatora müraciət etmək hüququna malikdir. Bunun üçün Müştəri müvafiq yazılı ərizəni Operatorun ünvanına: [email protected] üzrə müştərilərin dəstəklənməsi xidmətinə müraciət edir.

14.3. Fikir ayrılıqlarının və mübahisələrin danışıqlar yolu ilə həll edilməsinin mümkün olmadığı təqdirdə Tərəflər hazırkı Müqavilədən irəli gələn və ya onunla bağlı bütün mübahisələrin, o cümlədən hazırkı Müqavilənin bağlanması, pozulması, dayandırılması, ləğv edilməsi və etibarsız sayılması ilə əlaqədar mübahisələrin Azərbaycan Respublikasının məhkəmələrində həll edilməli olduğu ilə razılaşır və bunu qəbul edirlər.

  1. Müqavilənin bağlanması qaydası

15.1. Hazırkı Müqavilə Operator və Müştəri arasında birləşmə müqaviləsi formasında bağlanır.

15.2. Müştəri tərəfindən aşağıdakı hərəkətlərin həyata keçirilməsi Müqavilə şərtlərinin qəbul edilməsi sayılır:

  • “EPAYAZ” Saytında qeydiyyat formalarını doldurmaq, o cümlədən qeydiyyat prosedurasından keçmək;
  • hazırkı Müqavilənin şərtləri ilə tanış olmaq və qeydiyyat formasının müvafiq xanasında onlarla razılaşmaq haqqında qeyd etmək.

15.3. Hazırkı Müqavilənin şərtlərinin qəbul edilməsi hazırkı Müqavilənin bütün şərtlərinin Müştəri tərəfindən heç bir istisna və / və ya məhdudiyyət olmadan tam şəkildə və qeyd-şərtsiz qəbul edilməsini bildirir və ikitərəfli yazılı sazişin bağlanması ilə eyni qüvvəyə malikdir.

15.4. Müqavilənin şərtlərinin qəbul edilməsi müddəti qeyri-məhduddur.

  1. Müqavilənin qüvvədə olma müddəti

16.1. Müqavilə ilə nəzərdə tutulan bütün hərəkətlərin Müqavilənin qəbul edilməsi üçün Müştəri tərəfindən həyata keçirildiyi andan etibarən hazırkı Müqavilə qüvvəyə minir və yerinə yetirilməsi məcburidir.

16.2. Müqavilənin etibarlılıq müddəti müddətsizdir.

  1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası

17.1. Hazırkı Müqavilə, o cümlədən Tariflər, təqdim edilən xidmətlərin siyahısı, xidmətlərin təqdim edilməsi və onlardan istifadə edilməsi qaydası, eləcə də hazırkı Müqavilənin çərçivəsində Tərəflərin qarşılıqlı fəaliyyətlərinin istənilən digər şərtləri Operator tərəfindən istənilən an dəyişdirilə bilər. Müvafiq dəyişikliklərin “EPAYAZ” Saytında yerləşdirildiyi andan etibarən dəyişikliklər qüvvəyə minir və Müştərilər üçün məcburidir.

17.2. Müştəri hazırkı Müqavilənin istənilən şərtini dəyişdirmək, ondan imtina etmək və ya istənilən digər üsulla onu pozmaq hüququna malik deyildir.

17.3. Operator Müştərini ən azı 10 təqvim günü əvvəlcədən xəbərdar etməklə hazırkı Müqaviləni birtərəfli qaydada ləğv edə bilər.

17.4. Müştərinin Operatorun qarşısında ödənilməmiş borcunun olduğu və ya onun Elektron pulqabının hazırkı Müqavilədə nəzərdə tutulmuş əsaslara görə bloklandığı hallar istisna olmaqla Müştəri Operatorun xəbərdar edilməsi yolu ilə hazırkı Müqaviləni istənilən an ləğv etmək hüququna malikdir.

17.5. Müqavilənin ləğv edildiyi an üçün Elektron pulların qalığının məbləği Elektron pulların qalığının köçürülməsi üçün bank rekvizitlərinin Müştəridən alınması tarixindən 10 iş günü ərzində Müştəri tərəfindən göstərilən bank hesabına köçürülməlidir.

  1. Yekun müddəalar

18.1. Müştəri hazırkı Sazişin bütün şərtlərinin ona aydın olmasına və onları qeyd-şərtsiz və tam həcmdə qəbul etdiyini təsdiq edir.

18.2. Müştəri hazırkı Müqavilə üzrə hüquqi münasibətlərə daxil olmaq, yuxarıda qeyd edilən bütün hüquqların həyata keçirilməsi və öhdəliklərin yerinə yetirilməsi üçün bütün zəruri hüquqlara malikdir və hazırkı Müqavilə üzrə özünün öhdəliklərinin yerinə yetirilməsi üçün heç bir maneənin olmadığına zəmanət verir.

18.3. Hazırkı Müqavilənin və ya onun Əlavələrinin hər hansı bir hissəsinin etibarsızlığı və ya yerinə yetirilməsinin mümkün olmaması onun digər hissələrinin etibarsızlığına və ya yerinə yetirilməsinin mümkün olmamasına gətirib çıxarmır.

18.4. Vaxtın müəyyən edilməsinin digər qaydasının əlavə olaraq razılaşdırılmadığı təqdirdə Pulqabından istifadə etməklə bütün əməliyyatların yerinə yetirilməsinin vaxtı əməliyyatlar haqqında informasiyanı emal edən Operatorun serverinin məlumatlarının əsasında müəyyən edilən vaxtdır.

18.5. Hazırkı Müqavilənin şərtlərində öz əksini tapmayan bütün digər məsələlərdə Tərəflər Müştərinin vətəndaşlığı və yaşadığı yerdən asılı olmayaraq, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini rəhbər tutacaqlar.

18.6. Tərəflər hazırkı Müqavilənin yerinə yetirilməsinin gedişində ehtimal edilən (nəzərdə tutulan) dəyişikliklər haqqında bir-birini müntəzəm surətdə xəbərdar etməyi və Tərəflərin hazırkı Müqavilənin şərtlərini yerinə yetirməsinə bilavasitə təsir göstərən əlavə olaraq meydana gəlmiş hallar haqqında məlumat verməyi öz öhdəsinə götürür.

18.7. Hazırkı Müqavilə üzrə hüquqların üçüncü şəxslərə ötürülməsinə, bunun üçün Tərəflərin yazılı razılığının olduğu hallar istisna olmaqla, yol verilmir.